dolu

Ötən axşamdan bu gün günorta saatlarına qədər fasilələrlə yağmağa başlayan leysan xarakterli yağış və dolu Şamaxı rayonun dağ kəndlərində bəzi fəsadlar yaradıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Ərçiman kənd ətrafındakı ərazilərə ciddi ziyan dəyib.

Kəndin əkin sahələri yağan yağışdan sonra dağlardan gələn sel suları altında qalıb, eyni zamanda, kəndi rayon mərkəzi ilə birləşdirən körpü dağılıb. Nəticədə kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib, avtomobillərin hərəkəti məhdudlaşıb. Buna görə, bəzi sakinlər rayon mərkəzindən kəndə qayıdarkən yolda qalıblar. Yerli sakinlərin sözlərinə görə, sel suları bir neçə iribuynuzlunu heyvanları və ev quşlarını aparıb.

Paralel olaraq rayonun Talışnuri, Səfalı kəndinə də dolu duşub, güclü yağış yağıb. Kənd sakinlərinin sözlərinə görə, dolu səbəbindən taxıl və bostan sahələrinə, meyvə ağaclarına ciddi ziyan dəyib.

Hazırda rayonun dağ kəndlərinə yağış yağır, çaylarda suyun səviyyəsində artım müşahidə olunur.

Əvvəlki məqaləBakıda “İqlim dəyişmələrinin uşaqlar üçün qlobal təsirləri” mövzusunda tədbir keçirilib
Növbəti məqalədəCOP29-un baş icraçı direktoru Avropa İttifaqının Azərbaycandakı səfiri ilə görüşüb