ağacəkmə aksiyaları

Samux rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti ağacəkmə aksiyası Ziyadlı kəndinin inzibati ərazisində, Samux-Kür yolunun kənarında təşkil olunub. Yolun kənarına yerli iqlim şəraitinə uyğun şam, çinar və sərv ağacları əkilib.

Aksiya çərçivəsində əvvəl əkilən ağaclara aqrotexniki qulluq göstərilib və suvarılması təmin edilib.

Qeyd edək ki, son iki gündə Samux rayonunda 4 mindən çox ting əkilib.

Aksiyanın oktyabr ayının sonunadək davam etdirilməsi nəzərdə tutulur. Rayon ərazisində mövsüm ərzində 20 hektar ərazidə 12 minədək şam, çinar və sərv ağaclarının əkilməsi planlaşdırılır.

Əvvəlki məqaləCOP29-da qeydiyyatdan keçənlərin ilkin sayı açıqlanıb
Növbəti məqalədəSiyəzəndə on gündə 12 minə yaxın ağac əkiləcək