Samux rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” və “Təmiz ölkəm” layihəsi çərçivəsində ümumrayon iməciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, eyni zamanda, rayonun Sərkar kəndi və rayon mərkəzindən 63 kilometr uzaqlıqda, Gürcüstan ilə həmsərhəd olan Salahlı kəndinin ərazisində 2000 ədəd müxtəlif növ həmişəyaşıl ağac əkilib.