Samuxda yanacaq avtomobili aşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Gəncə-Samux avtomobil yolunun 2-ci kilometrliyində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı ağır tonnajlı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı yanacaq daşıyan maşının yük çənində olan 40 tona yaxın benzin yol kənarına axıb. Dərhal hadisə yerinə FHN-in yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Baş verə biləcək yanğının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib. Yük maşınının yolun hərəkət hissəsinə aşması zamanı Gəncə-Samux yolu bir neçə saat bağlı qalıb. Hazırda DYP əməkdaşları yolda hərəkəti bərpa ediblər.
Faktla bağlı araşdırma aparılır.