Cənubi Asiyada yerləşən Şri-Lankada baş verən son daşqınlar nəticəsində 12 nəfər ölüb, beş nəfər isə itkin düşüb. Daşqınlardan ümumilikdə 87 mindən çox insan zərər çəkib.
AZƏRTAC xəbər verir ki, bu barədə Şri-Lankanın müdafiə naziri Premitha Bandara Tennakoonı mətbuat konfransında bildirib. Onun sözlərinə görə, təbii fəlakət ən çox cənub əyalətlərinə zərər vurub. Hazırda 23700-dən çox insan 119 təxliyə və yardım mərkəzində yerləşdirilib.
Meteorologiya Departamenti ölkənin bir sıra əyalətlərində havanın yağıntılı olacağını, şimşək çaxacağını proqnozlaşdırıb.