Sudan qənaətli istifadənin təmin edilməsi məqsədilə növbəti görüşlər keçirilib

Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi məqsədilə növbəti maarifləndirici görüşlər keçirilib.

“Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda keçirilən maarifləndirmə tədbirləri davam edir.

20-22 may tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aidiyyəti mərkəzi və yerli icra hakimiyyətləri nümayəndələri ilə birgə rayon ictimaiyyətinin, bələdiyyə nümayəndələrinin, Sudan İstifadəedənlər Birliklərinin, fermerlərin və digər maraqlı tərəflərin iştirakı ilə su ehtiyatlarından səmərəli istifadə ilə bağlı məlumatlandırma və maarifləndirmə tədbirləri çərçivəsində Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonları və Şəki şəhərində görüşlər keçirilib.

Görüşlər zamanı şəhər və rayonlarda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi sahəsində görülən işlər barədə ictimaiyyət məlumatlandırılıb, sudan qənaətli və səmərəli istifadə, habelə mütərəqqi suvarma texnologiyaların tətbiqi, suvarma qrafikləri üzrə növbəliyə riayət olunması və bir sıra digər vacib məsələlər barədə su istehlakçılarının və kənd təsərrüfatı məhsulları istehsalçılarının maarifləndirilməsi həyata keçirilib.

Tədbirlərdə iştirakçılar tərəfindən verilən suallar ətraflı cavablandırılıb və mövcud problemlər, onların aradan qaldırılması ilə bağlı təkliflər müzakirə edilib.

Əvvəlki məqalə“Azərpoçt” “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində poçt markaları buraxıb
Növbəti məqalədəFatih Birol: COP29 üzrə danışıqlar təmiz enerjiyə investisiyaların həcmini artırmağa kömək etməlidir