Sumqayıtda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib

Beynəlxalq Polietilen Paketdən İmtina Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Sumqayıt şəhərində “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festival çərçivəsində vətəndaşlar ümumi tutumu 2033 litr olan plastik tullantı, 235 litr olan şüşə tullantı və 1040 ədəd batareya təhvil verərək, əvəzinə müxtəlif hədiyyələr əldə ediblər.

Tədbirdə ekokönüllülər kətan üzərində tullantıların düzgün idarə olunmasını əks etdirən müxtəlif şəkillər çəkiblər.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbir tullantıları azaltmaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emal etmək, o cümlədən ictimaiyyətə polietilen paketlərin zərərləri və alternativləri haqqında məlumat vermək məqsədi daşıyıb.

Polietilen paketlərin ətraf mühitə olan zərərləri haqqında əhalini maarifləndirmək və onların istifadəsindən imtina edərək, daha ekoloji alternativlərə keçidi təşviq etmək məqsədilə hər il iyulun 3-də Beynəlxalq Polietilen Paketdən İmtina Günü qeyd olunur.

Əvvəlki məqaləHacıqabul rayonunda zəlzələ qeydə alınıb
Növbəti məqalədəAMEA-da “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyinin təqdimatı olub