Tərtərdə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Tərtərdə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Tərtər-Bərdə avtomobil yolunun kənarına və digər ərazilərə 200 ədəd Eldar şamı, 2000-dən çox müxtəlif növ meyvə ağacları əkilib. Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, YAP rayon təşkilatının könüllüləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və şəhər sakinləri aksiyada fəal iştirak ediblər.

Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Əvvəlki məqaləAzərbaycanda güclü zəlzələ baş verib
Növbəti məqalədəQubadlı sakinləri ağacəkmə aksiyası və iməcilik keçiriblər