Çində leysan yağışlar və daşqınlar bu ilin iyulunda ötən illə müqayisədə təbii fəlakətlərdən iqtisadi itkilərin təxminən iki dəfə artmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, Çinin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ötən ay bu ölkədə baş vermiş təbii fəlakətlər nəticəsində iqtisadi itkilər 88 faiz artıb və 76,9 milyard yuan (10,1 milyard ABŞ dolları) təşkil edib. İtkilərə güclü yağışlar, daşqınlar və ya onların fəsadları səbəb olub. Bu, 2021-ci ildən bəri ən böyük zərərdir.
Nazirliyin məlumatına görə, təbii fəlakətlər Çində bir ay ərzində təxminən 26,4 milyon insana təsir edib, 328 nəfər ölüb və ya itkin düşüb.