“Təmiz ölkəm” aksiyası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Təmiz ölkəm” devizi altında növbəti təmizlik aksiyası ETSN, Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinin və ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Sumqayıt sahilində keçirilib.

Aksiya zamanı sahil zolağı plastik və digər tullantılardan təmizlənib, 400 kiloqrama yaxın tullantı toplanaraq çeşidlənib və aidiyyəti üzrə daşınıb.

Təmizlik aksiyasının keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etmək və hər kəsi öz atdığı tullantıları toplamağa sövq etməkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ətraf mühitin mühafizəsinə yönələn bu cür tədbirlərdə fəal iştirak etməyə, təbiətə qayğı və həssas münasibət göstərməyə çağırır.

Qeyd edək ki, bu cür aksiyaların mövsüm boyu hər həftə sonu keçirilməsi nəzərdə tutulub.

Əvvəlki məqaləSabah bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir
Növbəti məqalədəŞahdağa dolu düşüb