“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin və “Vəkiloğlu” MMC-nin birgə təşkilatçılığı ilə Bala Kəngərli kəndi ərazisində keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 2000 sərv ağacı əkilib. Yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.