“Qırmızı Ürəklər Fondu” Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Tərtər rayonunda “Vətən bağı” adlı ağacəkmə layihəsi həyata keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Qırmızı Ürəklər Fondu”nun, Paşa Holdinq, Kapital Bank və Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən ağacəkmə aksiyasında rayonun Qazyan kəndi ərazisində şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun olaraq 200 ədəd Eldar şamı və 200 ədəd tuya şamı əkilib. Layihə Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədi daşıyır.