İqlim dəyişmələri ilə mübarizə məsələsi Türk Dövlətləri Təşkilatının (TDT) gündəliyində mövcuddur. Biz həmin qlobal problemin həllinə töhfə vermək üçün türk dövlətləri arasında əməkdaşlığı daha da möhkəmləndirməliyik.
AZƏRTAC xəbər verir ki, bunu “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı Beynəlxalq Təşkilatların III Zirvə Görüşündə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubançibek Ömüralıyev deyib.
O, TDT-nin üzv ölkələrdə ətraf mühitin qorunması, “yaşıl enerji”yə keçid və digər məsələlərin təşviqinə böyük önəm verdiyini də diqqətə çatdırıb.