Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Toğanalı-Kəlbəcər avtomobil yolu və Ömər aşırımında yolların qardan təmizlənməsi işləri davam etdirilir.
AZƏRTAC agentliyə istinadla xəbər verir ki, xüsusi texnikalar vasitəsilə yol açıq saxlanılır, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur.
Sürücülərə yollarda diqqətli olmaları, şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə olunur.