zəlzələ

Tonqa Krallığının sahilində 6 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib..

Qeyd olunub ki, yeraltı təkanların episentri təxminən 4,3 min nəfərin yaşadığı Neiafu şəhərindən 232 km şimalda yerləşib. Təbiət hadisəsinin ocağı 30 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Əvvəlki məqalə“Yaşıl Könüllülər” layihəsi çərçivəsində videoçarx hazırlanıb
Növbəti məqalədəLənkəran-Astara zonasında şimşək çaxıb, yağış yağıb