Ümumdünya Ətraf Mühit Günü ilə bağlı Zəngəzur Milli Parkına ekskursiya təşkil olunub

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər və Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə ekokönüllülər və yaşıl dünya könüllüləri Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına ekskursiya edib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ekskursiyada gənclərə Milli Parkın özünəməxsus xüsusiyyətlərindən bəhs olunub, parkın landşaft xüsusiyyətləri, biomüxtəlifliyin qorunması və ekoturizmin inkişafındakı vacib roluna diqqət çəkilib, onlara milli parkın flora və faunası, torpaq örtüyü, relyefi barədə məlumatlar verilib.

Ekskursiyanın ardından könüllülərin iştirakı ilə Batabat ərazisində təmizlik aksiyası keçirilib.

Əvvəlki məqaləÜmumdünya Ətraf Mühit Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib
Növbəti məqalədəBakı Enerji Forumuna COP29-a həsr olunan xüsusi sessiya ilə yekun vurulub