COP29 gənclərin səsinin eşidilməsi üçün yaxşı fürsətdir.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva iyunun 20-də Bakıda keçirilən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının İqlim Fəaliyyəti Forumunda çıxışında deyib.
Vladanka Andreyeva bildirib ki, iqlim dəyişiklikləri ilə bağlı məsələlərin həllinə cəmiyyətin bütün üzvləri, xüsusilə gənclər cəlb edilməlidir. Gənclərə və uşaqlara sərmayə qoymalıyıq. Bu, əsasən təhsildən ibarətdir. Biz iqlim dəyişiklikləri ilə mübarizəni gündəlik həyatlarına daxil etməyi uşaqlara öyrətməliyik. Həmçinin Milli Müəyyənləşdirilmiş Töhfələri daha da inkişaf etdirməliyik.