İyulun 11-13-də bəzi dağlıq və dağətəyi rayonlarda əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Şərq küləyinin sürəti saniyədə 15-18 metr olacaq, bəzi yerlərdə arabir 20-23 metrədək güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi bildirilir.