Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən “Təmiz ölkəm” aksiyası çərçivəsində növbəti təmizlik aksiyası təşkil olunub.
Aksiya çərçivəsində Nazirliyin, “MİR” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin əməkdaşlarının, ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Sumqayıt sahili 200 kiloqramdan artıq tullantıdan təmizlənib.
Təmizlik aksiyalarının keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq və ictimaiyyətin diqqətini bu sahəyə yönəltməklə ətraf mühitə həssas münasibət göstərilməsinə nail olmaqdır.