Kürdəmir

Ötən gün yağmağa başlayan güclü leysan xarakterli yağışdan sonra Kürdəmirdə fəsadlar yaranıb.

AZƏRTAC xəbər verir ki, yağışdan sonra rayon ərazisində küçə və prospektlərdə avtomobillərin hərəkətində çətinlik yaranıb. Eyni zamanda yağış suları bəzi fərdi evlərə, yardımçı tiklilərə dolub

Yağan güclü leysan xarakterli yağışdan sonra dağlardan gələn sel suları Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda da bir sıra fəsadlara yol açıb. Belə ki, suötürücü borular lil və daşla dolduğundan sel suları istiqamətini dəyişərək yolun hərəkət hissəsinə və yaşayış məntəqələrinə doğru axıb

Nəticədə avtomobil yolu bağlanıb, sürücülər bir müddət yolda qalmalı olublar. Əraziyə cəlb edilən ağır texnika və canlı qüvvənin köməyi ilə suötürücü borular qismən təmizlənib, ərazidə olan lil qatı və daşlar yolun hərəkət hissəsindən kənarlaşdırılıb.

Sel suları Göyçayda da bir sıra çətinliklər əmələ gətirib. Belə ki aramsız yağan yağışdan sonra əmələ gələn sel, Qarabaqqal kənd ərazisində olan rayonun tullantı poliqonunı cənginə alıb. Burada məişət tullantıları ətraf əraziyə yayılıb.

Sel suları və tullantılar Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Qarabaqqal kəndi ərazisindən keçən hissəsində yolun hərəkət hissəsinə çıxdığından avtomobillərin hərəkətində çətinlik yaranıb.

Hazırda bölgədə yağmursuz hava müşahidə edilsə də çaylarda suyun səviyyəsində xeyli artım qeydə alınıb.

Əvvəlki məqaləAraz çayı üzərində monitorinqlər aparılır
Növbəti məqalədəSabahdan etibarən “Təmiz hava” aylığına start verilir