Yalçın Rəfiyev COP27-nin rəsmi nümayəndələri ilə COP29-a hazırlığı müzakirə edib

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Baş danışıqçısı Yalçın Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti COP27-nin xüsusi nümayəndəsi Vael ƏbulMəcd və COP27-nin Baş Danışıqçısı Məhəmməd Nəsr ilə Qahirədə görüşüb.

“Report” xəbər verir ki, bu barədə COP29-un rəsmi “X” hesabında paylaşım edilib.

Bildirilib ki, tərəflər COP29-a hazırlıq işlərini müzakirə ediblər.

Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək.

 

Əvvəlki məqaləBaş Mil-Muğan kanalında qanunsuz balıq ovlayan şəxs saxlanılıb
Növbəti məqalədəFHN-in əməkdaşları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 200-dən çox ağac əkiblər