COP29-un hazırlıq prosesinə Britaniyada böyük maraq var.
Bu sözləri AZƏRTAC-a açıqlamasında COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
London İqlim Həftəsi çərçivəsində COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, COP29-un BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai və COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova müxtəlif tədbirlərdə iştirak edib, müxtəlif ikitərəfli görüşlər keçirilib.
“COP29-un hazırlıq prosesinə Britaniyada kifayət qədər böyük maraq var. Bizim COP29-a hazırlığımız, prioritetlərimiz ilə bağlı çoxsaylı suallar oldu. Yüksək rəsmilərin iştirak etdikləri bu tədbirlərdə COP29-da hansı istiqamətləri rəhbər tutacağımız, beynəlxalq tərəfdaşlarla necə işləyə biləcəyimiz ilə bağlı ətraflı məlumat verildi”, – deyə baş danışıqçı qeyd edib.