Yaponiyanın Naqano prefekturası ərazisindəki dağlarda 10-a yaxın insan qar uçqununun altında qalıb.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, hadisə Otari kəndi yaxınlığında baş verib. Telekanalın məlumatına görə, zərərçəkənlərdən bəziləri qarın altından çıxmağa müvəffəq olub, lakin bir neçə nəfərin taleyindən hələ də xəbər yoxdur.
Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır. Əməliyyata helikopterin də cəlb olunduğu bildirilir.