AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının növbəti iclası

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda keçirilən tədbirdə FRTEB-in Elmi şurasının sədri akademik Rasim Əliquliyev son illərdə ölkəmizdə elmin yeni hüquqi şəraitdə təşkili və inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasətindən danışıb. Akademik qeyd edib ki, yeni hüquqi şərait bölmənin əhatə etdiyi elmi müəssisələrin, alim və tədqiqatçıların bütövlükdə intellektual potensialının səfərbər edilməsini, onların öz fəaliyyətlərini yenidən nəzərdən keçirməsini və qlobal çağırışlara adekvat elmi tədqiqatlarla məşğul olmasını zəruri edir.

Daha sonra AMEA-nın vitse-prezidenti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində qarşıda duran vəzifələr və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da FRTEB-in əhatə etdiyi elmi müəssisələrin iştirakı haqqında məlumat verib.

Akademik R. Əliquliyev COP29 çərçivəsində kompleks tədbirlərin həyata keçirilməsində ölkəmizin alim və mütəxəssislərinin elmi potensialının səfərbər edildiyini diqqətə çatdırıb. Akademik R.Əliquliyev “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində AMEA-da Tədbirlər Planının hazırlandığını, FRTEB-in əhatə etdiyi elmi müəssisələrin alimlərinin də bu prosesdə yaxından iştirak etdiklərini deyib.

Sonra bölmənin əhatə etdiyi müəssisələrin rəhbərləri, eləcə də alim və mütəxəssislər “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlər və COP 29-da iştirakdan irəli gələn məsələlər barədə təkliflərini təqdim ediblər.

Əvvəlki məqaləBakıda tozlu hava şəraiti davam edir
Növbəti məqalədəFHN Akademiyasındakı tədbirdə COP29 ilə əlaqədar radiasiya təhlükəsizliyi sahəsində görülən işlərdən danışılıb