ekologiya və təbii sərvətlər nazirinin müavini ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri Vüqar Kərimov
ekologiya və təbii sərvətlər nazirinin müavini ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri Vüqar Kərimov

Bu il ölkəmiz COP29-a ev sahibliyi edəcək və dünya üzrə iqlim məsələlərinin, ekoloji problemlərin müzakirə olunacağı baş məkan doğma Bakımız olacaq. Bu, ölkəmiz üçün qürurverici hadisədir və Azərbaycanın dünyadakı nüfuzunun məntiqi nəticəsidir.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri Vüqar Kərimov bu gün işçi qrupun Zəngilanda keçirilən iclasında deyib.

“Növbəti əlamətdar hadisə bu ilin ölkə başçısının müvafiq sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsidir. Bu da bizim üzərimizə böyük məsuliyyət qoyur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir çox aidiyyəti qurumlarla birgə bununla bağlı tədbirlər planı hazırlayıb. Həmin tədbirlər planında ölkə miqyasında, eləcə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək böyük layihələr yer alıb”, – deyə V.Kərimov bildirib.

Əvvəlki məqaləCəbrayılda 5 hektar ərazidə “Ağıllı Tingçilik Sahəsi” yaradılır
Növbəti məqalədə“Yaşıl dünya naminə həmrəylik ili”ndə 5 milyon ağacın əkilməsi planlaşdırılır