“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası Masallı rayonunun meşə fondu torpağında keçirilib.
AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və Meşələrin İnkişafı Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilən aksiya zamanı 1 hektar ərazidə 3300 ağcaqayın tingi əkilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiyanın məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, vətəndaşları ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdir.