ağacəkmə aksiyaları

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən növbəti ağacəkmə aksiyasına “Gənc Könüllülər” İctimai Birliyinin könüllüləri də qoşulub.

Gənc Könüllülərin və ekokönüllülərin iştirakı ilə keçirilən ağacəkmə zamanı Bakının Müşviqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 300-dən artıq Eldar şamı və zeytun ağacı əkilib.

Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək, gəncləri ətraf mühitin mühafizəsində aktiv iştiraka təşviq etməkdir.

Əvvəlki məqaləİordaniya Kralı COP29-a dəvət olunub
Növbəti məqalədə15 aprel bütün dünyada “Ekoloji Biliklər Günü” qeyd olunur