“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində SOCAR-ın təşkilatçılığı ilə ağacəkmə aksiyası

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində SOCAR-ın baş ofisi və müəssisələri tərəfindən ağacəkmə aksiyası keçirilib.

Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, “Azneft” İB-nin “Bibiheybətneft” Neft və qaz çıxarma İdarəsinin ərazisində təşkil olunan ağacəkmə aksiyasında SOCAR-ın rəhbərliyi iştirak edib.

Qeyd edək ki, SOCAR-ın ekoloji siyasətinə uyğun olaraq, son illər ərzində keçirilən yaşıllaşdırma tədbirləri zamanı 1 milyondan çox, cari ildə isə 31642 ağac, gül və gül kolları əkilib.

Əvvəlki məqaləGənclər Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili” adlı elektron məlumat bazası yaradılıb
Növbəti məqalədəKür yenə daşdı, Qazaxda bəzi əkin sahələri su altında qaldı