“Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda təşkil edilən müsabiqənin nəticələri elan edilib.
“Report” xəbər verir ki, bu, Azərbaycan Respublikasının Media İnkişafı Agentliyi Milli Mətbuatın 149-cu ildönümü münasibətilə keçirdiyi tədbir çərçivəsində baş tutub.
Qalib olan onlayn media subyektlərinə “Green certificate” təqdim olunub.