“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Yaşıl dünya naminə həmrəylik ili”nin neft sənayesi qarşısında qoyduğu vəzifələr” mövzusunda tədbir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU), Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının və Balaxanı Əməliyyat Şirkətinin birgə tərəfdaşlığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ili”nin neft sənayesi qarşısında qoyduğu vəzifələr” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin və Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, YAP İdarə Heyətinin üzvü, dosent Vazeh Əsgərov açılış nitqi ilə çıxış edərək müəssisələrlə əlaqələrin inkişafından danışıb və universitet-sənaye əməkdaşlığının ali təhsil ocağının qarşısında duran prioritet məsələlərdən olduğunu deyib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində qarşıda duran müasir çağırışlardan söz açan dosent Vazeh Əsgərov bu işdə birgə fəaliyyətin xüsusi önəm daşıdığını bildirib.

Yaşıl enerji layihələrinin, COP29 kimi qlobal çağırışların qarşısının alınmasının əhəmiyyətindən danışan Balaxanı Əməliyyat Şirkətinin prezidenti Rövşən Rzayev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, YAP Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, COP29-un layihə meneceri, müşavir Çingiz Məmmədov ölkəmizdə belə müasir çağırışlara cavab verən layihələrin reallaşdırılmasının yalnız enerji sahəsində deyil, neft sənayesi və elmi potensialın inkişafı istiqamətində də qarşıya mühüm vəzifələr qoyduğunu bildiriblər.

Əvvəlki məqaləMalayziya Sanvey Universitetinin professoru COP29 hazırlıqları çərçivəsində ATU-da mühazirə oxuyub
Növbəti məqalədə“Tullantıdan dəyərə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar