İyunun 27-də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyasının İdarə Heyəti üzvləri ilə görüş keçirilmişdir.
Görüşdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assossiyasiyalar və kooperativlərlə iş şöbəsinin əməkdaşı, aqrar elmələri üzrə fəlsəfə doktoru Esmira Lətifova, Hüquq və icra intizamı şöbəsinin əməkdaşı Əzizə Şəkərəliyeva, Torpaqdan istifadəyə nəzarət şöbəsinin əməkdaşları Samirə Qurbanlı və Pərvin İskəndərova, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin əməkdaşı Fənarə Dilbazi, Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin əməkdaşı Cəfər Əhmədli, Meyvəçilik və tərəvəzçilik şöbəsinin əməkdaşları Şövqi Lələşov və Sahib İbrahimli iştirak etmişdir.
“Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyası tərəfindən Koalisiyanın koordinatoru, “Ulduz” İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində maarifləndirmə İctimai Birliyinin sədri Samir Həsənov, Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri Taleh Əliyev, “Saglam həyata dogru” Ekoloji İctimai Birliyinin sədri, Radiasiya Problemləri İnstitutunun əməkdaşı, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov, “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova və “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri, kimya elmləri üzrə fəlsəfə doktoru Aynur Zülfüqarova iştirak etmişdir.
Tədbirdə “Ulduz” İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində maarifləndirmə İctimai Birliyinin sədri Sadiq Həsənov Koalisiya adından “İqlim dəyişmələrinin kənd təsərrüfatına təsiri” adlı təqdimatla çıxış etmişdir. Təqdimatdan sonra iqlim dəyişmələrinin respublikanın kənd təsərrüfarına təsiri barədə müzakirələr aparılmış, bu sahədə atılacaq addımlar müəyyənləşdirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri tərəfindən ekolji mövzulara həssas yanaşıldığı vurğulanaraq görüşdə səslənən təkliflərin nazirliyin rəhbərliyinin diqqətinə çatdırılacağı bildirilmışdir.
“Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyası ilə Kənd Təsərrüfatı Nazirliyi arasında ekoloji sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün birgə tədbirlərin gələcəkdə də davam etdirilməsi barədə fikir mübadiləsi aparılmışdır.