“Yaşıl gələcək naminə” aksiyası

Prezident İlham Əliyevin 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi “Yaşıl gələcək naminə” aksiyası iyulun 19-da Tovuz, Qazax, Şəmkir, Gədəbəy və Ağstafa rayonlarında yerləşən dini ibadət yerlərinin ətrafında davam etdirilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, din xadimlərinin və dini icmaların nümayəndələrinin iştirak etdikləri aksiyada adıçəkilən rayonlardakı məscidlərin ətrafında abadlıq, yaşıllaşdırma işləri aparılıb, ağac və gül kolları əkilib.

Qeyd edək ki, komitə tərəfindən davamlı şəkildə həyata keçirilən “Yaşıl gələcək naminə” aksiyası cəmiyyətdə ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə, ətraf mühitin və ictimai məkanların abadlaşdırılmasına töhfə verməklə yanaşı, müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyır.

Əvvəlki məqaləElnur Soltanov: İqlim dəyişikliyi problemini neft ölkələrinə bağlamaq düzgün deyil
Növbəti məqalədəKönüllülər üçün “Go Camp” layihəsi keçirilir