Milli Hidrometeorologiya Xidməti tərəfindən Azərbaycan Texniki Universitetində “Yaşıl iqtisadiyyata keçid, iqlim dəyişmələrinə qarşı mübarizə” mövzusunda maarifləndirici seminar keçirilib.
Tədbirdə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən “Uzunmüddətli aşağı emissiya inkişaf strategiyası”, “Nəqliyyat sektorundan atılan istilik effekti yaradan qazlar və onların azaldılması”, “Fəlakət riskini azaltmaq üçün Sendai çərçivəsi” mövzularında təqdimatlar nümayiş olunub.
Seminarın əsas məqsədi qlobal problemlərdən biri olan iqlim dəyişmələri, onun fəsadları ilə gənc nəsli tanış etmək, eləcə də bu fəsadlarla mübarizə sahəsində həyata keçirilən tədbirlər haqqında maarifləndirməkdir.
Tədbirin sonunda Milli Hidrometeorologiya Xidmətinin rəhbərliyi tərəfindən xüsusi tərtib olunmuş hava sertifikatları və təşəkkürnamələr Azərbaycan Texniki Universitetinin rəhbərliyinə və ən fəal tələbələrə təqdim olunub.