videoçarx

Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yaşıl Könüllülər” layihəsi çərçivəsində videoçarx hazırlanıb.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, Yaşıl Könüllü adlı videoçarxda bir pianoçunun barmaqlarının toxunuşu ilə insanlara musiqi zövqü yaşatdığı kimi hər kəsin də ətraf mühitə qayğı ilə yanaşıb estetik zövq yaşatmalarını istəməsindən bəhs edilir.

Layihənin rəhbəri İmaməddin Quliyev, ssenarisi Orxan Cabbarlı, quruluşçu rejissoru Emil Babayev, operatoru İlkin Mehdiyev, montaj işi Arzum Nuruşzadə, pianoçusu Səba Qafarlı, səsləndirəni isə Səma İsalıdır.

Layihənin məqsədi gənclər arasında ekoloji maarifləndirmə işini genişləndirmək, gəncləri ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla birgə fəaliyyətə həvəsləndirmək, onları ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdan ibarətdir. Eyni zamanda, layihə 2024-cü ildə Azərbaycanda elan edilən “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 kimi əhəmiyyətli tədbirlərin keçirildiyi vaxtda ətraf mühitin mühafizəsinə xidmət etməklə keçiriləcək tədbirlərə dəstək olmaq məqsədi daşıyır.

Videoçarxla bu linkdən tanış olmaq olar.

Əvvəlki məqaləAygün Əliyeva: Müsabiqəyə təqdim edilən layihələr qlobal iqlim dəyişmələri mövzusuna uyğun olmalıdır
Növbəti məqalədəTonqa sahilində güclü zəlzələ olub