Yel çərşənbəsində Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri ƏSSMN-nin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Bilgəh qəsəbəsində yerləşən Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin sakinlərini ziyarət edib.
Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müəssisənin həyətində nazirliklərin əməkdaşlarının, könüllülərin və ahıl vətəndaşlarımızın iştirakı ilə ağacəkmə tədbiri keçirilib, əraziyə müxtəlif növ ağaclar əkilib.