Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev
Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev

Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Əvvəlki məqaləXİN: BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb
Növbəti məqalədəHavanın orta çoxillik temperaturunda yüksəlmə müşahidə olunur