Zaqatala rayonunda “Gələcəyə nəfəs” adı altında ağacəkmə aksiyası

11 Noyabr – Türk Dövlətləri Milli Ağac əkmə Günü münasibətilə Zaqatala rayonunda “Gələcəyə nəfəs” adı altında ağacəkmə aksiyası keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, aksiya çərçivəsində Əliabad və Muğanlı meşəbəyliklərinin ərazisində 3,5 hektar sahədə 8750 ədəd göyrüc tingi əkilib.

Aksiyada rayon icra hakimiyyətinin nümayəndələri, 8 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin, 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Zaqatala Dövlət Qoruğunun əməkdaşları və könüllülər iştirak ediblər.

Əvvəlki məqalə“SOCAR Tower”in yeraltı avtomobil dayanacağında elektrik doldurma məntəqəsi istifadəyə verilib
Növbəti məqalədəŞəkidə payız mövsümündə 12 min ağac əkilib